
İkinci Liqa təmsilçisi “Quba”da ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, komandasının qapıçısı Elxan Qasımov ilə yollar ayrılıb.

Məlumatı şimal təmsilçisinin mətbuat xidməti yayıb.
25 yaşlı qolkiperin yeni iş yeri də bəllidir. O, karyerasını “Turan Tovuz” klubunda davam etdirəcək.
“Quba” hazırda 32 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.