
Bu gün Misli Premyer Liqasında XXIV tur start götürür.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış günündə bir matç baş tutacaq.
Günün yeganə qarşılaşmasında "Şamaxı" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu mövsüm keçirdiyi iki görüşdə yenə bilmədiyi (1:1 və 0:2) rəqibini doğma meydanda üstələməyə çalışacaq. Bu, baş versə, "Şamaxı" "Araz-Naxçıvan"la xal fərqini 3-ə endirə biləcək.
Misli Premyer Liqası
XXV tur
18 mart
15:00. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu.
