
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, komanda bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
U-19 martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.
B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-19-un heyəti və oyunlarının təqvimi belədir:
1 Məhdi Həsənov - Neftçi
2 Rauf Əyyubov - Sabah
3 Həzrət Səmədov - Sabah
4 Murad Qurbanov - Zirə
5 Məhəmmədəli Məmmədov - Turan Tovuz
6 Tuncay Əhmədov - Sabah
7 Tunar Muradov - Turan Tovuz
8 Əhməd Vəliyev - Qarabağ
9 Nadir Nəsibli - MOİK
10 İlkin Həzizadə - Sumqayıt
11 Əli Qazibəyov - Qarabağ
12 Abdulaziz Cabbarlı - Qarabağ
13 İbrahim Babayev - Barselona
14 Nurlan Zeynallı - Sumqayıt
15 Vusal Kərimov - Neftçi
16 Nicat Məhərrəmov - Neftçi
17 Əli Əliyev - Qarabağ
18 İslam Həsənov - Qrafiçar (Serbiya)
19 Əli İbrahim - Qarabağ
20 Nicat Nərimanov - Brommapoykarna İF (İsveç)
25 mart
20:00. Azərbaycan (U-19) – Litva (U-19)
Kaunas, "Raudondvario" stadionu
28 mart
17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)
Kaunas, "Raudondvario" stadionu