
İsveçin BK klubunun 20 yaşlı qapıçısı Huqo Mosshagen Stokholmdan 200 km məsafədə yerləşən Orebro şəhərində güllələnib.
Fanat.Az xəbər verir ki, bu barədə "Aftonbladet" məlumat yayıb.
Mənbənin məlumatına görə, silah səsləri eşidildikdən sonra hadisə yerinə çağırılan polis əməkdaşları Mosshageni ağır xəsarətlərlə tapıblar. 20 yaşlı qapıçı dərhal xəstəxanaya aparılıb və qısa müddət sonra orada ölüb.
İsveç hüquq-mühafizə orqanları hazırda cinayəti araşdırır. Əsas versiyaya görə, Mosshagen səhvən qurbana çevrilib. Qatil qətl zamanı Huqo ilə birlikdə olan digər şəxsi vurmaq istəyib.
Qapıçının oynadığı BK İsveç çempionatının üçüncü divizionunda çıxış edir.