15:32 03.04.2026 514

"Premyer Liqada ən yaralı yerimiz infrastrukturdur" - AFFA-nın baş katibi

AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün keçirilən qurumun Hesabat Konfransında çıxış edib.

Fanat.Az xəbər verir ki, assosiasiya rəsmisi AFFA-nın hədəfləri, Azərbaycan futbolundakı çatımazlıqlar barədə danışıb.

Fərəcullayev AFFA üçün prioritetin əsas milli komanda olduğunu vurğulayıb: 

"Uzun illər istədiyimiz nəticələri qazana, oyunu görə bilmirdik. Ötən sentyabrda baş məşqçi vəzifəsindənki dəyişiklikdən sonra işlər yaxşıya doğru dəyişdi. Fransa və Ukraynaya qarşı döyüşkənlik, mübarizə uzun zamandır komandanın göstərə bilmədiyi oyun idi. Sumqayıtda təşkil edilən "FIFA Series-2026" turnirində keyfiyyətlərin qığılcımlarını gördük. Millinin bu turnirdəki uğurunu çox şişirtmək niyyətimiz yoxdur. Burada vacib olan kubok yox, ümumi hədəf üçün döyüşkən kollektivin yaradıllmasıdır. Bu yolda ilkin addımlarımızı atmışıq. 

Daha bir strateji addım, İcraiyyə Komitəsi tərəfindən Misli Premyer Liqasında iştirak edən komandaların sayının 12-ə çatdırılması və legioner limitinin ləğv edilməsi idi. Liqamıza 3 bölgə klubu qoşuldu. Limitin ləğvi isə rəqabətə, azarkeşlər tərəfindən daha böyük marağa səbəb oldu. "Qarabağ" - "Sabah" matçında son 8 ilin azarkeş rekordu qırıldı. İlk dəfə yerli futbolçuları oynadan klublar üçün təşviq proqramı yaradılıb.

Legioner rüsumundan yığılan pullar yerli oyunçuları daha çox oynadan klublar arasında bölünəcək. Premyer Liqamızın keyfiyyətinin artmasının daha bir addımı hakimliklə bağlıdır. Yerli yarışlarla bağlı məsələlər Hakimlər Komitəsinin yeni rəhbəri Rəhim Həsənova tapşırılıb. Obyektiv və ədalətli yanaşma prinsipini əsas tutaraq, klublar hansısa müəmmalı saydığı epizodlara VAR-da baxa bilirlər".

Baş katib Azərbaycan çempionatının problemlərini də toxunub:

"Premyer Liqada ən yaralı yerimiz infrastrukturdur. "Karvan-Yevlax" artıq evdə oynayır, "Turan Tovuz" və "Kəpəz" yəqin ki, yeni mövsümdən öz stadionunda oynayacaq. Ağsu şəhər stadionu yeni mövsümdən Premyer Liqa səviyyəsinə uyğunlaşdırılacaq. 1-2 komanda burada ev oyunlarını keçirəcək. "Bayıl Arena" ilə bağlı da məsələ var. AFFA hazırkı mövcud imkanlardan istifadə edərək, Bayıl kompleksini təsis etmək fikrindədir. Stadion mayda təmirə bağlanacaq. Daha sonra burada uşaq-yeniyetmə futbolçuların yetişdirilməsinə başlanacaq. 

Uşaq liqalarında bir çox liqanın formatını dəyişdik. Avropa nümunələri incələnərək, oyunun içində qaydalar dəyişdirildi ki, uşaqlar üçün daha maraqlı olsun. AFFA məktəbli kubokunu daxili büdcə hesabına etdi".

Fərəcullayev qadın futbolundakı duruma da toxunub:  

"Qadın futbolunda ciddi irəliləyiş var. Millimiz beynəlxalq turnirinin qalibi oldu. Keçən il qadın liqasında komanda sayı 6-dan 12-ə çatdırıldı. Bu da qadın futbolu üçün yaxşıdır. İlk dəfə TOP-5 liqasında azərbaycanlı qadın futbolçumuz oynadı - Nigar Mirzəliyeva. İnanıram ki, növbəti konfransımızda qızlarımız fərdi uğurları ilə bizi daha çox sevindirəcək. Bu il müxtəlif çətin sınaqlar bizi gözləyir. Əminəm ki, bu sınaqlardan başıuca çıxacağıq".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

Facebookdan bizi izləməyi unutmayın.
X