
Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşir.
Fanat.Az xəbər verir ki, final matçında Almaniyanın "Frayburq" və İngiltərənin "Aston Villa" komandaları qarşılaşacaqlar.
Həlledici görüş Türkiyədə keçiriləcək. Tərəflər İstanbuldakı "Beşiktaş Park" stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.
UEFA Avropa Liqası
Final
20 may
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa).
İstanbul. "Beşiktaş Park" stadionu.