
"Qarabağ"ın U-14 komandası 5-8 iyun tarixində İtaliyanın Palmanova şəhərində “Fabio Zuccheri Cup” beynəlxalq turnirində iştirak edəcək.
Bunu Fanat.Az-a "Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev deyib:
"14 yaşlılarımız bu gücə İtaliyaya yola düşürlər. “Fabio Zuccheri Cup”-da 12 komanda mübarizə aparacaq. Yarışda B qrupunda yer alan komandamız burada İtaliyanın “Bolonya”, “Karlin Muzane” və Xorvatiyanın “Hayduk” kollektivləri ilə yarışacaq.
Turnir iştirakçıları arasında İtaliyanın “Atalanta”, “Venesiya” və “Udineze”, Bosniya və Herseqovinanın “Jrinski”, Sloveniyanın “Primorye”, Xorvatiyanın “Lokomotiv” (Zaqreb) komandaları da var. Komandamız ilk oyununu iyunun 6-da "Karlin Muzane", daha sonra "Bolonya" və "Haydukla oynayacaq.
Bundan başqa, U-13 komandamız iyunun 13-18-i aralığında Bolqarıstanda turnirə qatılacaqlar. Yay mövsümündə ölkə xaricinə yollanacaq son komanda isə U-11 olacaq. Onlar iyunun 18-22-si aralığında Polşada turnirdə iştirak edəcəklər".
Mirağa