
Çikaqodakı "Soldier Field" stadionunda qarşıdan gələn dünya çempionatının ev sahiblərindən olan ABŞ ilə mundialın dördqat qalibi Almaniya arasında yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, almanlar amedikaləlara minimal hesabla qalib gəliblər.
Yulian Nagelsmannın kokandası görüşdə erkən qol vurublar. Artıq ikinci dəqiqədə Havertz Kimmixin ötürməsindən sonra fərqlənib. ABŞ oyunun birinci hissəsinin sonunda bərabərliyi bərpa edib. Entoni Robinson adını tabloya yazdırıb.
Nagelsmanın yetirmələri 57-ci dəqiqədə qələbə qolunu vurublar. Havertz Saneyə ötürmə edib və o da öz növbəsində matçın yekun hesabını müəyyənləşdirib - 2:1.
ABŞ — Almaniya 1:2
Qollar: Robinson, 37 - Havertz, 2, Sane, 57.
Dünya çempionatında Almaniya Kurasao, Fil Dişi Sahili və Ekvadorla eyni qrupda oynayacaq. ABŞ isə Avstraliya, Paraqvay və Türkiyə ilə yarışacaq.