
Argentina millisinin hücumçusu və kapitanı, səkkiz dəfə "Qızıl top" mükafatının sahibi Lionel Messi milli komandanın DÇ-2026-nı qazanmaq şanslarını şərh edib.
Fanat.Az xəbər verir ki, "TyC Sports" telekanalı superulduzun fikirlərini belə təqdim edib:
"Argentina həmişə daha çox şey istəyən qalib komandadır. Həmişə olduğu kimi, addım-addım, lakin daha böyük həvəslə, həyəcanla və öz imkanlarımıza inamla irəliləyəcəyik.
Həmişəki kimi əlimizdən gələni edəcəyik. İnsanlar buna şübhə etməməlidirlər. Bəzən işə yarayır, bəzən isə alınmır, amma son illərdə şanslıyıq və müsbət nəticələr əldə etmişik. Hər dəfə daha da çətinləşir. Amma biz buna öyrəşmişik, azarkeşlər də həmçinin. Bunu təkrarlamağa çalışacağıq. Əmin olun, rəqiblərimiz bizi yenməkdə çətinlik çəkəcəklər, çünki biz çox rəqabətli komandayıq".
Argentina DÇ-2026-da J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
Messi və komandası 2022-ci ildə Qətərdə keçirilən mundialda qalib gələrək dünya çempionu titulunu əldə edib.
Mirağa