
Bu gün avrokuboklarda 2026/27 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, son illərdən fərqli olaraq, mübarizəyə UEFA Avropa Liqasından başlayacaq "Qarabağ" da birinci təsnifat mərhələsindəki rəqibini tanıytacaq.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya Kluj" (Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya) komandaları yer alıb.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.