
Almaniya millisinin keçmiş hücumçusu Miroslav Kloze Lionel Messinin uğuru ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, argentinalı superulduz qrup mərhələsinin oyununda Avstriyaya iki qol vuraraq turnirin ən çox qol vuran (18) oyunçusu, başqa sözlə, yeni rekordçusu olub.
Kloze rekordunun qırılmasına sakit reaksiya verib. "Süddeutschen Zeitung" veteran forvardın qısa açıqlamasını belə təqdim edib:
"Mən həmişə Messinin yaxşı oyunçu olduğunu demişəm. Mənim üçün Lionel Messi bütün dövrlərin ən yaxşı futbolçusudur! Təbrik edirəm, çempion!".
Klosenin dünya çempionatlarında 16 qolu var. O, turnirdən əvvəl rekordunun yenilənməsinə hazır olduğunu bildirmiş və argentinalı hücumçuya hörmətini ifadə edərək onu "dahi" adlandırmışdı.