
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu raundda daha bir oyun keçirilib.
San-Fransiskoda təşkil olunan görüşdə ABŞ yığması Bosniya və Herseqovina millisi ilə üz-üzə gəliblər.
Mundialın şərikli ev sahiblərindən olan amerikalılar matçda inamlı qələbə qazanaraq 1/8-ə vəsiqəni əldə ediblər.
ABŞ-nin növbəti mərhələdə rəqibi Belçika millisi olacaq.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/16 final
2 iyul
ABŞ - Bosniya və Herseqovina 2:0
Qollar: Folarin Baloqun, 45. Malik Tillman, 82.