
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün növbəti oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, Los Ancelesdə İspaniya yığması Avstriya seçməsi ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşün qalibi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün güclüsünə rəqib olacaq.
Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.
DÇ-2026
1/16 final
2 iyul
23:00. İspaniya - Avstriya
Baş hakim: Qlenn Nyberq (İsveç).
Los Anceles (ABŞ). "Los Angeles Stadium".