
"Araz-Naxçıvan"dan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını digər Premyer Liqa təmsilçisi "İmişli"də davam etdirmək üzrədir.
Bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov Fanat.Az-a açıqlamasında bunu təsdiqləyib.
Gənc məşqçi milli üzvü ilə danışıq apardıqlarını və hələ rəsmi razılıq əldə olunmasa da, anlaşmağa yaxın olduqlarını bildirib.
Qeyd edək ki, "İmişli"ni 1-ci Liqadan Premyer Liqaya məhz Fərid Namazov çıxarıb. Ancaq ötən mövsüm elitada portuqaliyalı Jorje Kaşkilyanın rəhbərliyi altında debüt edən bölgə təmsilçisində yenidən baş məqşçi dəyişikliyi edilib, Namazov postuna qaytarılıb.
Mirağa