
Bir ay əvvəl karyerasını bitirdiyini elan edən azərbaycanlı qapıçı Şahin Zəkiyev fikrindən daşınıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, əlcəklərini yenidən geyinməyə qərar verib.
Son klubu "Xankəndi" olan, Qarabağ təmsilçisi ilə 1-ci Liqaya yüksəlsə də sözügedən klubdan ayrılan 27 yaşlı qolkiper bu dəfə 2-ci Liqada çıxış edəcək. O, önəmli transferlər reallaşdıran "Marafon"un təklifini qəbul edib.
Qeyd edək ki, Şahin Zəkiyev karyerası ərzində "Xankəndi"dən başqa “Keşlə”, “Səbail”, “Araz Naxçıvan”, “Baku Sportinq” və Polşanın “Sokol Slopnice” klublarında da çıxış edib.
Mirağa