
"Qalatasaray"ın müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Davinson Sançeslə "Əl-Əhli" yaxından maraqlanır.
Məlumata görə, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi kolumbiyalı futbolçu barədə onu yaxından tanıyan şəxslərdən məlumat alıb. "Əl-Əhli"nin yaxın vaxtlarda "Qalatasaray"a rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Davinson Sançesin "Qalatasaray"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Əlisahib İbrahimli