
İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, qurum təcrübəli mütəxəssisə 2030-cu ilə qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək.
Federasiya rəhbərliyi "La Roxa"nı böyük uğurlara daşıyan baş məşqçi ilə uzunmüddətli əməkdaşlığı təmin etmək niyyətindədir.
Tərəflər arasında rəsmi danışıqların yaxın günlərdə başlayacağı bildirilir.