
"Qalatasaray" klubu adı “Fənrəbağça” ilə hallananan Rafael Leauya elçi düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Nikolo Skira yayıb.
Məlumata görə, "cimbom” əzəli rəqibinin də istədiyi ulduz futbolçu üçün “Milan”a 30 milyon avro təklif edib.
İtaliya klubu heyətində yer almayan portuqaliyalıya görə 50-60 milyon avroluq transfer haqqı tələb edir. “Sarı-qırmızılar” isə Leau ilə 2030-cu ilə qədər müddətə nəzərdə tutulan və illik 10 milyon avro maaşı özündə əks etdirən müqavilə hazırlayıb.
Bundan başqa, 27 yaşlı futbolçunun Viktor Osimhenin maaşına bənzər əmək haqqı tələb etdiyi bildirilir.
Əlisahib İbrahimli