
Yay transfer pəncərəsi dövründə hücum xəttini gücləndirməyi hədəfləyən "Beşiktaş" Duşan Vlahoviçi heyətinə cəlb etməyə hazırlaşır.
Fanat.Az "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul klubu hazırda Hyon-qyu O və Semih Kılıçsoyun oynadığı mərkəz hücumçusu mövqeyini ulduz forvardla gücləndirməyi planlaşdırır.
Baş məşqçi Vinçentso İtalyano "Fiorentina"da çalışdıqları dövrdə onun rəhbərliyi altında oynamış Vlahoviçlə yenidən bir araya gəlməkdə maraqlıdır. "Yuventus"la müqaviləsinin müddəti başa çatan 26 yaşlı hücumçu karyerasını Avropanın aparıcı beş liqasından birində davam etdirməyə ümid etsə də, hələlik gözləntilərinə cavab verən bir təklif almayıb.
"Qara qartallar" futbolçunun tələblərinə, konkret, təxminən 10 milyon avro məbləğində imza bonusu və illik 10 milyon avro maaş təklifi irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, futbolçu "Yuventus" forması ilə 2025/2026 mövsümündə 23 matça çıxıb. O bu görüşlərdə 10 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli