
"Santos"un vingeri Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib:
"Düşünürəm ki, Braziliya milli komandasındakı dövrüm başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram".
DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya milli komandasının yeganə qolunu penaltidən məhz Neymar vurub.
Xatırladaq ki, 2010-cu ildən yığmada çıxış edən forvard keçirdiyi 130 matçda 80 qol vurub və 59 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli