
Türkiyənin "Göztəpə" klubu "Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvilinin transferini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi gürcüstanlı qolkiperi Yunanıstanın PAOK klubundan satınalma şərti ilə 2026/2027 mövsümünün sonunadək icarəyə götürüb.

Klubun yaydığı açıqlamada bildirilib ki, tərəflər futbolçunun mövsümün sonuna qədər icarəsi və müqaviləyə satınalma opsiyasının daxil edilməsi ilə bağlı razılığa gəliblər.
26 yaşlı qapıçı karyerasında daha əvvəl Gürcüstanın "Dinamo" (Tbilisi), "Dila", "Telavi", İspaniyanın "Qranada B", Yunanıstanın PAOK və "Panserraikos" klublarının formasını geyinib.
O, 2024/2025 mövsümündə icarə əsasında "Qarabağ"ın heyətində çıxış edib.
Əlisahib İbrahimli