
"Barselona" "Mançester Siti"nin və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" qəzeti yayıb.
Baş məşqçi Hans-Diter Flikin komandası iki uğurlu mövsüm keçirsə də, idman direktoru Deko və onun yaxın əməkdaşları "blauqrana"nı yüksək səviyyəli oyunçularla gücləndirməyi hədəfləyirlər.
"Barselona"nın hazırkı prioriteti mərkəz hücumçusu transfer etmək olsa da, klub rəsmiləri transfer bazarında uyğun imkanlar yaranacağı təqdirdə, digər mövqeləri də gücləndirmək ehtimalını istisna etmirlər.
"Katalunya Radiosu" İspaniya təmsilçisinin Rodrinin "Mançester Siti"dəki vəziyyəti ilə maraqlandığını açıqlayıb. "Real Madrid" onu rənglərinə bağlamağa əsas namizəd kimi görünsə də, "Cadena SER" katalonyalıların iki tərəf arasındakı danışıqları çox maraqla izlədiyini diqqətə çatdırıb.
"Cadena SER" qəzetinin jurnalisti Nil Solanın sözlərinə görə, "Barselona"da klubun bu transferi həyata keçirə biləcəyinə dair bir inanc var. Rodri öz mövqeyində dünyanın ən yaxşı oyunçularından biri kimi qəbul edilir və böyük pula layiq hədəf hesab olunur.
Bununla belə, müqaviləni başa çatdırmaq üçün oyunçunun "göy-qırmızı"lara qoşulmaq arzusunu nümayiş etdirməsi tələb olunur.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə "Mançester Siti"nin heyətində ümumilikdə 33 matça çıxıb və 2 qol ilə yadda qalıb.
Əlisahib İbrahimli