
"Real Madrid" son iki gündə ikinci oyunçusunun "Fulham"a transfer olunduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
Premyer Liqa təmsilçisi Qonsalo Qarsiyadan sonra hücumameyilli yarımmüdafiəçi Sezar Palasiosu da alıb.
Transfer haqqı 10 milyon avrodur. Madrid nəhəngi akademiyanın 21 yaşlı yetirməsinin hüquqlarının 30 faizini özündə saxlayıb. "Fulham" onunla 30 iyun 2031-ci ilə qədər müddətə müqavilə imzalayıb.
Palasion "Real Madrid"in əsas komandasında 7 oyun keçirib və qol vurmayıb.
Beləliklə, yarımmüdafiəçi "Fulhem"də məşqçi Alvaro Arbeloa ilə yenidən bir araya gələcək.
Mirağa