
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, raundun daha 3 cavab oyunu keçirilib.
“Rapid” Avstriyada “Payde”ni, “Kopenhagen” isə “Debretsen”i məğlub edərək növbəti mərhələyə adlayıb.
“Hapoel Tel-Əviv” səfərdə Polşa "GKS Katovitse"sinə 1:2 hesabı ilə uduzub. Bununla belə, İsrail təmsilçisi məhz ilk oyundakı inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, KL-də mübarizə aparan "Qarabağ" bu gün meydana çıxacaq. Ağdam təmsilçisi ötən həftə 0:1 hesabı ilə məğlub olduğu "Dinamo Kiyev"lə Bakıda münasibətlərinə aydınlıq gətirəcək. Oyun saat 20:00-da başlayacaq.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust
Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan) 5:1 (İlk oyun 3:0)
GKS Katovitse (Polşa) – Hapoel Tel-Əviv (İsrail) 2:1 (İlk oyun 0:2)
Rapid (Avstriya) – Payde (Estoniya) 2:0 (İlk oyun 4:1)