22:55 13.08.2026 356

Koxalski niyə "Dinamo"ya qarşı oynamadı? - Qurbanov açıqladı

Azərbaycanın gümüş medalçısı "Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Komandamız inamlı qələbə ilə adını növbəti mərhələyə yazdırıb (2:0).

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçuları təbrik edirəm, gərgin və sürətli bir oyun idi. Bəzi dəqiqələri çıxmaq şərti ilə, meydanda məğlub olmaq istəməyən bir rəqib gördük. Azarkeşlərə təşəkkür edirəm, atmosfer əla idi. Rəqibə də növbəti oyunlarda uğurlar arzulayıram."

- Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi?

"Komandamız daha aktiv idi, topla doğru davranırdıq və rəqibi topsuz qoymağa çalışırdıq. Hazırlaşdığımız çox şey meydanda var idi, komandamdan razi qaldım."

- Mateus Koxalskinin əsas heyətdə başlamamasının səbəbi nə idi? Komandadan getmək ehtimalı var?

"Bəzən futbolçulara istirahət lazımdır. Gedişi ilə bağlı hər hansı bir plan yoxdur. Martin təcrübəli qapıçıdır, onun da performansından razıyam. Növbəti matçlarda Mateusa da şans verməyə çalışacam."

- Formalaşma mərhələsində olan "Qarabağ" sizcə "Tvente"yə qarşı necə performans sərgiləyəcək?

"Düzü, 'Tvente'nin matçına baxmamışam. Bizim üçün onlara qarşı oynamaq xoş olacaq. Niderland çempionatı komandasıdır. Onları analiz etmək üçün kifayət qədər vaxtımız olacaq."

- Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı və "Qarabağ" meydanda bir müddət azlıqda oldu. Bu qaydaya və hakimlərin qərarına münasibətiniz necədir?

"Belə hallarda hakimləri də başa düşmək lazımdır."

- Qapıçı seçiminiz riskli oldu, bu barədə nə düşünürsünüz?

"Risk etməyən qəhrəman olmaz. Martin də yaxşı performans göstərdi, razıyam ondan."

- "Sabah" barədə fikirləriniz necədir?

"‘Sabah’a da uğurlar arzulayıram. Belə klublar olmasa, çempionatımızın səviyyəsi artmaz. Çıxış etdiyi ilk ildən avrokubokların pley-offuna çıxmaq böyük uğurdur. Onların qələbələri bizə də əlavə motivasiya verir."

- Stadionun ot örtüyü o qədər yaxşı deyil, "Sabah" da oyunlarını Tofiq Bəhramovda oynayacaq. Hər gün stadionun ot örtüyünün zədələnmə riski var, bu barədə nə düşünürsünüz?

"Məncə, böyük bir problem olmayacaq. Mütəxəssislər ən yaxşısı üçün çalışırlar."

- Sizcə komandada hansı mövqelər üzrə boşluqlar var və transfer gözlənilir?

"Çatışmazlıqlarımız var, istədiyim dəyişiklikləri bəzən edə bilmirəm. Hazırda hər mövqe üzrə oyunçu axtarışlarımız davam edir."

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 Avqust 2026
23:58

Komandası mərhələ adladı, Mahir isə...

23:32

Murad Məmmədova cəmi 2 dəqiqə bəs etdi

23:25

"Sumqayıt" Ronaldo ilə müqavilənin müddətini uzadıb

22:55

Koxalski niyə "Dinamo"ya qarşı oynamadı? - Qurbanov açıqladı

22:23

İqor Kostyuk "Qarabağ"a məğlubiyyətdən sonra belə danışdı

22:01

KL: "Qarabağ" adını pley-offa yazdırdı

21:42

"Mançester Siti" "Barselona"ya "yox" dedi

21:22

Polşa millisinin sabiq kapitanı "Ordu"da

20:49

Ederson gedir, "Napoli"nin qapıçısı gəlir

20:20

"Atletiko"dan 40 milyonluq gizli sövdələşmə

19:39

Ərəblərin 130 milyonluq təklifini rədd etdilər

19:15

Avropa futbolunda yeni era başlayır

18:42

"APL Fantasy" platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü

18:11

Ərəblər bu dəfə "Siti"nin qapısını döydü

17:46

İspaniya Superkuboku uğrunda oyunların Türkiyədə keçiriləcəyi dəqiqləşdi

17:28

"Baku Sportinq" futbolçuların borcunu ödədi, klubun əməkdaşları isə...

17:10

"Şəfa" fransalı yarımmüdafiəçini heyətinə qatdı - RƏSMİ

17:06

"Qarabağ" - "Dinamo" oyunundan əvvəl əyləncəli fan zona yaradılacaq

16:52

MS Doku ilə müqavilə yenilədi

16:33

La Liqada ilk reallaşdırılacaq

16:18

"Kəpəz" belçikalı yarımmüdafiəçini rənglərinə bağladı - RƏSMİ

16:05

Bartez Zidana köməkçi təyin edildi - RƏSMİ

15:46

"Sabah"ın "Hapeol"lə oyun üçün səfər planı bilindi

15:27

Abdulla Rzayev "Araz-Naxçıvan"a qayıtdı

15:09

Süleyman 2 klubdan biri ilə müqavilə bağlayacaq

14:51

"Turan Tovuz"dan ayrılan Şəhriyar Əliyev 1-ci Liqa klubunda

14:33

Aslan Kərimov: "Abdullah Zubir və Aleksey Kaşuk fəal olmalıdırlar"

14:15

MPL: Mövsümün açılış oyunu FİFA referisinə tapşırıldı

13:57

"Gəncəbasar" azərbaycanlı məşqçinin oğlunu da transfer etdi, bu 6 futbolçunu da

13:38

"Mövsümə uğurlu nəticə ilə başlamaq istəyirik" - "Turan Tovuz"un müdafiəçisi

13:19

KL: Mahir Emrelinin komandası İsveçdə sınaq qarşısında

13:01

Mikels Azərbaycandan ayrıldı - Yeni klubu…

12:43

Qurban Qurbanov Kiyev "Dinamo"suna qarşı bu futbolçuları oynada bilməyəcək

12:25

"Qarabağ"da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?

12:00

Depay "Trabzonspor"a keçmək istəyir, ancaq...

11:40

AL: "Beşiktaş"ın İstanbul sınağı, Murad Musayevin komandası pley-offa adlaya biləcəkmi?

11:21

İkardinin yeni komandası müəyyənləşdi

11:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

Yeni mövsüm başlayır: Premyer Liqada futbolçular, "Fanat.Az Liqası"nda azarkeşlər qazanacaq

10:30

"Sabahın ulduzları": U-14 yaş qrupunda 3-cü tura yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X