
UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin son oyunu Farer adalarında baş tutacaq.
Pley-offa adlayan son komanda "Klaksvik" - "Lex" görüşündə müəyyənləşəcək. Cütün qalibi AL-in, məğlubu isə Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, tərəflər arasında ilk dueldə Polşa təmsilçisi minimal hesabla qalib gəlib.
Cütün qalibi Liqa mərhələsinə vəsiqə uğrunda son sınaqda İsveçrə təmsilçisi "Tun" ilə, məğlubu isə KL-in pley-offunda Latviya "Riqa"sı ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
14 avqust
22.00. Klaksvik (Farer adaları) - Lex (Polşa) (ilk oyun - 0:1)