
"Fənərbağça" yarımmüdafiəçisi Fred ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, onu "Atletiko Mineyro" heyətinə qatıb.
İnformasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Brazilya klubu iki milyon avro və əlavə beş yüz min avro bonus ödəyəcək.
Ölkəsinə dönən 33 yaşlı oyunçu ötən mövsüm "Fənərbağça"da 45 matça çıxaraq, 4 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb. O, Türkiyə təmsilçisinə 2023-cü ildə "Mançester Yunayted"dən gəlmişdi.
Fred karyerası ərzində "Şaxtyor Donetsk" və "İnternasional"ın da şərəfini qoruyub.
Əlisahib İbrahimli