
"Yuevntus" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisi "Tottenhem"dən Qulyelmo Vikarionu icarəyə götürüb.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
İtaliyalı qolkiper 2027-ci ilin 30 iyun tarixinə kimi "Yuventus"da çıxış edəcək. Klublar arasındakı razılıqda satınalma bəndi də yer alıb.
Qeyd edək ki, "Tottenhem" Vikarionu 2023-cü ilin yayında "Empoli"dən 18,5 milyon avroya rənglərinə bağlayıb.
Əlisahib İbrahimli