
Trendyol 1. Liqanın 2-ci turu çərçivəsində Bursada keçirilən "Bursaspor" – "Iğdır FK" matçında tribunaları dolduran 40 850 azarkeş sayı, həmin həftə oynanılan digər bütün matçların ümumi tamaşaçı sayını üstələyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "TRT Spor" yayıb.
"Yaşıl-ağ"ların dəstəkçiləri Atatürk İdman Kompleksi Matlı Stadionunda öz komandalarına dəstək olmaq üçün kütləvi şəkildə bir araya gəliblər. Oyunu ümumilikdə 40 850 biletli tamaşaçı canlı izləyib. Bu rəqəm, həmin həftə liqada keçirilən digər doqquz matçda qeydə alınan ümumi tamaşaçı sayından (30 711 nəfər) daha çox olub. 2-ci turun on görüşünü cəmi 71 561 azarkeş izlədiyi halda, təkcə "Bursaspor" tamaşaçıları bu rəqəmin 57%-ni təşkil edib. Həftənin digər qarşılaşmaları arasında "Kayserispor" – "Sivasspor" matçı 15 619, "Batman Petrolspor" – "Boluspor" matçı 8 486, "Manisa FK" – "Vanspor FK" oyunu isə 3 557 tamaşaçı toplayıb və qalan matçlarda isə tamaşaçı sayı daha aşağı olub.
"Bursaspor" matçında tribunaları dolduran izləyicilərin sayı, həmin həftə keçirilən digər bütün qarşılaşmalardakı tamaşaçıların ümumi sayından təxminən 33% daha çox olub.
Əlisahib İbrahimli