
"Qalatasaray" hazırda "Sanderlend"də çıxış edən 21 yaşlı yarımmüdafiəçi Noa Sadiki ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Məlumata görə, "sarı-qırmızılar" gənc futbolçunu yaxından izləyirlər. İstanbul nəhəngi Sadiki ilə bağlı İngiltərə klubuna təklif ünvanlamağa hazırlaşır.
"Sanderlend" oyunçu üçün yüksək transfer məbləği əldə etməyi hədəfləyir. Yeri gəlmişkən, "qırmızı-ağlar" Sadikini ötən yay Belçikanın "Union" klubundan 17 milyon avroya transfer edib.
21 yaşlı yarımmüdafiəçinin "Sanderlend"lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
İndiyədək "qara pişiklər"in heyətində 35 oyuna çıxan Noa bir məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı oyunçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
Əlisahib İbrahimli