
Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
Çempionlar Liqasında mübarizəni davam etdirən "Sabah" cari mövsüm ikinci dəfə əliboş qalıb. "Bayquşlar" Rumıniyada "Hapoel Beer-Şeva"ya uduzublar (1:2).
Nəticədə cari mövsümdə qazanılan əmsal 3.125-də qalıb. Bunun 1.250 əmsalı "Sabah"ın, 1.000-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın xal ehtiyatı 20,625-ə bərabərdir. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış Sloveniyanın isə 22.843 xalı var. 24-cü sırada olan İsrail isə "Hapoel"in qələbəsi sayəsində ölkəmizlə xal fərqini xeyli artırıb (23,625).
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.