
“Sabahın Ulduzları" Bakı Kuboku çərçivəsində U-14 yaş qrupunda 5-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 oyun keçirilib.
“Neftçi” - “Qəbələ” matçında 7 qol qeydə alınıb ki, yalnız paytaxt təmsilçisinin oyunçuları fərqləniblər.
Digər görüşlərə gəlincə, "Zirə" "Dostluq", "Ulduz" isə "Sumqayıt" üzərində eyni hesablı qələbə qazanıb:
Sabahın Ulduzları
U-14, 5-ci tur
19 avqust
“Sumqayıt” - “Ulduz” 1:3
Qollar:Mehrac Əhmədli, 33 - Fərahim Kazımlı, 23. Tunar Əliyev, 48. Said Statema, 74.
“Zirə” – “Dostluq” 3:1
Qollar: Səid Əzimov, 15, 39. Akif Atayev, 60 - İslam Mehtizadə, 36.
“Neftçi” – “Qəbələ” 7:0
Qollar: Adil Şabanov, 20,23, 46, 79. Bəxtiyar Bayramlı, 31. Elay Kəlbiyev, 56. Nihad Behbudov, 74.
Qeyd edək ki, U-14 yaş qrupunda 5-ci tura bu gün yekun vurulacaq.
U-14, V tur
20 avqust
16:00. Xan – Qarabağ
18:30. Vətən – Azərbaycan Qartalları
20:45. EFA – Sabah