16:17 01.09.2026 172

"Rubin"in Messinin oynadığı dönəmdə"Barselona"ya qalib gəldiyini unutmayaq" - Ağasəlim Mircavadov

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya Dortmund", İtaliyanın "Napoli" və Çexiyanın "Slaviya" klublarını qəbul edəcək. Azərbaycan çempionu səfərdə isə İngiltərənin "Arsenal", "Mançester Yunayted", İspaniyanın "Vilyareal" və Norveçin "Vikinq" komandalarının qonağı olacaq. 

Azərbaycan millisinin sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "bayquşlar"ın ÇL-in liqa mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ı təbrik edirəm. Maraqlı görüşlər keçəcək. Komandamız öz oyunu ilə rəqibləri bura gətirməyi bacardı. Məşhur klublardır, qələbə qazanmaq olar. Sadəcə, düzgün  və müəyyən qədər səhvsiz görüş nümayiş etdirmək lazımdır. Söhbət xaldan yox, oyundan getməlidir. Yaxşı oynayıb inkişaf etmək önəmlidir. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq. İzləyicilərin gəlməsi vacib amildir. Bura sadəcə "Sabah"ın azarkeşləri yox mənə elə gəlir ki, "Qarabağ", "Neftçi" və digər Azərbaycan klublarının tamaşaçaları gələcək və komandamızı dəstəkləyəcək. Klub təzədir. Ölkəmizi Avropada təmsil edib, imicini qaldırmalıdır. Bizim komandalar istəyərəm ki, ÇL-ə birbaşa qatılsınlar. "Rubin"in Messinin oynadığı dönəmdə "Barselona"ya qalib gəldiyini unutmayaq. Bunu Kazan təmsilçisindən heç kim gözləmirdi, lakin sübut olundu ki, mümkündür. Sadəcə, "Sabah" hər şeyə hazır olmalıdır. "Barselona" ilə matçın Bakıda keçirilməsi gözəl haldır. Həm azarkeşlər üçün, həm də "Sabah" üçün yaxşıdır. Hər görüşə hazır olmaq vacibdir. Oyun varsa, xal da olar. Futbol saymazyana yanaşmanı bağışlamır və komandamız bundan istifadə etməlidir. Oyunçularda xarakter və nizam-intizam vacib amildir. Qarşı tərəfin oyununa fikir vermək lazımdır, ancaq daha çox öz performansına diqqət etmək önəmlidir. Meydana çıxmamış uduzsaq, oynamaq lazım deyil. Futbolçular motivasiyalı olmalıdır. "Sabah" standart vəziyyətlərdən mümkün qədər istifadə etməlidir. Belə güclü komandalarla bərabərə qalmaq özü də bir motivasiyadır. Hər şeyə hazır olmaq və çalışmaq lazımdır".

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Sentyabr 2026
17:16

Samir Ələkbərov: "Məqsədimiz qələbə olacaq, amma 1 xal da götürsək, min şükür"

16:57

Ramiz Məmmədov: "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır"

16:36

"Sabah"ın oyunçusu "Xankəndi"yə transfer olundu

16:17

"Rubin"in Messinin oynadığı dönəmdə"Barselona"ya qalib gəldiyini unutmayaq" - Ağasəlim Mircavadov

15:58

Üç tura təyinat alan referilərin sayı 12-yə çatdı, 3-ü şans gözləyir - Hakimliyin mənzərəsi

15:39

"Neftçi"nin güclü komanda olduğunu bilirik, amma..." - Andrey Draqu

15:20

"Neftçi" ilə matçda qələbəyə daha layiq idik" - Ayxan Hüseynov "Sabah"la oyundan nə gözləyir?

15:02

"Yuventus" yeni hücumçu ilə razılığa gəldi

14:43

Son 10 mövsümün antirekordu yaşandı

14:28

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

14:10

Deniz Gül "Qalatasaray"da - RƏSMİ

13:51

AÇ-2026: Azərbaycan millisi Türkiyə ilə 1/8 final oyununa çıxır

13:32

Mudrik digər İngiltərə klubuna keçir

13:14

"Rəhbərliyin qarşıya qoyduğu hədəf bir yana, özüm də məşqçi kimi buna nail olmaq istəyirəm"

12:55

"Borussiya Dortmund" "Arsenal"ın yarımmüdafiəçisini aldı

12:36

"Mançester Siti" Ndiayeni gətirir

12:17

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

11:58

"Gəncəbasar" 23 yaşlı yarımmüdafiəçini transfer etdi

11:40

Salahın adı yaşadığı küçəyə veriləcək

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Fənərbağça" Can Uzunu rənglərinə bağlamaq istəyir

10:49

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Sabahın Ulduzları": "Qarabağ"la "Sabah"ın duelində qalib müəyyənləşmədi

10:09

İkinci Liqada mövsüm start götürür

09:48

Zamiq oynadı, komandası...

09:25

Kənan Yıldız əməliyyat olundu

09:00

Benzema klubsuz qaldı

02:23

"Real Madrid" daha bir ulduzu heyətinə qatır

01:44

La Liqa: "Barselona" "Rayo Valekano"nu əliboş yola saldı

01:33

Premyer Liqa: "Arsenal"dan çətin qələbə

01:20

A Seriyası: "Roma" darmadağına sevindi

00:54

"Qalatasaray"da şok ayrılıq

31 Avqust 2026
23:49

Qurban Qurbanov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

23:25

Filipe Kandidu "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

22:58

"Sabah"ı yox, bu klubu seçdi

22:06

MPL: "Sabah"dan minimal hesablı qələbə, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi

21:41

"Komandamızın potensialı böyükdür" - Zaur İsmayılov

21:21

"Neftçi" xorvatiyalı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:47

Azərbaycan cüdoçuları beynəlxalq turniri 11 medalla başa vurublar

20:30

"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X