
"Trabzonspor"un vitse-prezidenti Serkan Kılıç, klubun baş məşqçi Fatih Tekke ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdığını açıqladı.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Kılıç, mövcud vəziyyəti və komandanın gələcəyini hərtərəfli qiymətləndirmək məqsədilə təcrübəli mütəxəssis ilə görüşdüklərini bildirib:
"Aparılan müzakirələr nəticəsində, "Trabzonspor"un maraqları və gələcək hədəfləri çərçivəsində Tekke ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırmaq qərarına gəldik. Fatih Tekke təxminən 18 aylıq fəaliyyəti dövründə komandamıza böyük töhfələr verdi. O, bu müddət ərzində heyətimizə qatılan oyunçuların inkişafına dəstək olmaqla yanaşı, həm idman, həm də iqtisadi baxımdan klubumuzu əhəmiyyətli qazanclarla təmin etdi. Həmçinin, Türkiyə Kubokunu bizim muzeyimizə gətirməklə adını bir daha "Trabzonspor" tarixinə yazdırdı" ifadələrini işlədib.
Qeyd edək ki, bundan öncə "Ferentsvaroş" məğlubiyyətindən sonra baş məşqçi özü istefa vermək qərarına gəlmiş, lakin rəhbərlik buna qarşı çıxmışdı.
Əlisahib İbrahimli