
Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçında "Qarabağ" "Araz-Naxçıvan" üzərində çətin qələbəyə sevinib (3:2)
Matçdan sonra keçirilən mətbuat konfransında ağdamlıların çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm, gərgin oyun oldu. Qarşımızda matça yaxşı hazırlaşan kollektiv var idi. Azarkeşlər üçün maraqlı oyun alındı."
– 2 qol buraxmaq sizdə narahatlıq yaradırmı?
"Standart vəziyyətlərdən buraxdıq qolları. Standart vəziyyətlər bizim üçün təhlükəlidir. Onlar standart vəziyyətlərdən fərqlənməyi daha yaxşı bacarırlar."
– Koxalskinin ayrılığı artıq rəsmiləşmək üzrədir, bu barədə nə deyə bilərsiniz?
"Hazırda rəsmi heç nə yoxdur. Danışıqlar gedirdi. Son günlərdə də bu söhbətlər gedirdi. Proseslə bağlı məlumat veriləcək"
Kamil Xudiyev