
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Çelsi” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandasının ötən mövsümdəki səviyyədən də yüksək performans göstərə biləcəyinə inandığını bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra görüş haqda fikirlərini bildirib.
"Reuters" onun açıqlamalarını belə təqdim edib:
“Çelsi” qarşısında erkən qol buraxmağımıza baxmayaraq, komandamızın reaksiyası möhtəşəm oldu. Mən oyunun əvvəlindən sonuna qədər hər dəqiqəsindən zövq aldım. Bu, həqiqətən də əla performans idi. Biz risklər etdik, rəqibə təzyiq göstərdik. Komandanın mübarizə aparmaq istəyi və keyfiyyəti məni çox sevindirdi. Ümumilikdə, bizim tərəfimizdən inanılmaz bir görüş oldu. Düşünürəm ki, ötən mövsümdəkindən daha yüksək səviyyədə çıxış etmək iqtidarındayıq. Qarşıda bizi çox çətin bir mövsüm gözləyir. Hər həftə belə ağır oyunlar olacaq və buna hazırlaşırıq".
“Arsenal” bu qələbə sayəsində Premyer Liqada mövsümə 3 oyundan 3 qələbə ilə başlayıb və turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.
Əlisahib İbrahimli