
Azərbaycan 1-ci Liqasında 2-ci tur başlayıb.
Fanat.Az xəbər verir ki, tur prinsipial qarşılaşma ilə start götürüb.
Açılış oyununda “Şahdağ Qusar” ilə “Karvan-Yevlax” üz-üzə gəlib. Hansı ki, şimal təmsilçisinin hazırki çalışdırıcısı Füzuli Məmmədov ilə “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov yaxın keçmişdə "Mingəçevir"də sələf-xələf olublar. Konkret, 2025-ci ilin əvvəlindən "işıqçılar"a rəhbərlik edən və mövsümün sonunda istefaya göndərilən Füzuli Məmmədovu növbəti çempionatın (2025/2026) startından Ramiz Məmmədov əvəzləyib. Bu üzdən mütəxəssislər arasında müəyyən intriqa var. Görüş isə "Şahdağ Qusar"ın inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hər iki komanda cari mövsümə qələbə ilə start verib. "Şahdağ Qusar" çətin MOİK səfərindən (1:0) 3 xalla dönübsə, "Karvan-Yevlax" "Baku Sportinq"i darmadağına (3:0) məruz qoyub.
Turun qalan oyunları cümə (“Zaqatala” – “Baku Sportinq”, “Səbail” – “Mingəçevir”, “Gəncəbasar” – “Xankəndi”) və şənbə (MOİK – “Şimal”) günü keçiriləcək.
1-ci Liqa
2-ci tur
9 sentyabr
“Şahdağ Qusar” – “Karvan-Yevlax” 2:0
Qollar: İ.Butrif, 15. J.Zenqo, 24.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu.