
“Barselona”nın braziliyalı ulduzu Rafinya cari mövsüm Avropanın beş əsas liqasında ən çox qol iştirakına malik futbolçu kimi diqqət çəkir.
Fanat.Az xəbər verir ki, 29 yaşlı hücumçu “Rasinq”lə matçda fərqlənərək mövsümdə qol iştiraklarının sayını 12-yə çatdırıb.
Rafinyanın hesabında hazırda 9 qol və 3 məhsuldar ötürmə var.
Bununla da braziliyalı futbolçu Premyer Liqa, La Liqa, Bundesliqa, A Seriyası və Liqa 1-də ən yüksək qol iştirakına malik oyunçu statusunu qoruyur.