
Dünən Azərbaycan Birinci Liqasında "Karvan-Yevlax" doğma meydanda "Zaqatala" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, meydan sahibləri 3:0 qələbə qazanıb.
"Karvan-Yevlax" klubunun baş məşqçisi Ramiz Məmmədov görüşlə bağlı fikirlərini bölüşüb:
"Bu mövsüm ilk oyunumuz idi, matça doğma divarlar qarşısında çıxırdıq. Hər iki görüşümüz səfərdə olmuşdu. Azarkeşlərimiz də bizə sonadək dəstək oldular, onlara təşəkkür edirəm.
Oyuna gəlincə, inamlı qələbə qazandıq, buna görə çox sevincliyəm. Bu qarşılaşmaya da digər matçlar kimi yaxşı hazırlaşmışdıq və layiqli qələbə qazandıq. Çempionatımızda fasilə olacaq. Bu aradan yaxşı istifadə edib digər oyunlara səylə hazırlaşacaq, xallarımızı yığmağa çalışacağıq".
"Karvan-Yevlax" 4 oyunda 9 xal əldə edib. Komanda növbəti matçını oktyabrın 8-də "Səbail"ə qarşı oynayacaq.
Əlisahib İbrahimli