
"Arsenal" İngiltərə Premyer Liqasının 5-ci turunda gözlənilmədən "Brayton"a 0:3 hesabı ilə uduzaraq azarkeşlərini məyus edib.
Fanat.Az xəbər verir ki, London nəhəngi uzun müddətdən sonra çempionatda böyük hesabla uduzub.
"Opta Joe"-nin hesablamasına görə, Mikel Artetanın komandasının liqada sonuncu darmadağını 1225 gün əvvəl - 13 may 2023-cü ildə olub. Maraqlıdır ki, "topçular" həmin oyunda da"Brayton"a 0:3 hesabı ilə yenilib. "Arsenal" həmin Premyer Liqa mövsümünü ikinci yerdə başa vurub.
İngiltərənin son çempionu bu məğlubiyyətdən sonra turnir cədvəlində ikinci yerə enib, "Mançester Siti" daha yaxşı top fərqinə görə liderliyə yüksəlib.
"Arsenal"ın Premyer Liqadakı növbəti oyunu 10 oktyabrda "Lids"ə qarşı olacaq.
Mirağa