
Türkiyə Super Liqasının 6-cı turunda “Ərzurumspor” doğma meydanda “Samsunspor”u qəbul edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu M. Kardoso vurub.
“Kolumbus Kryu”nun Ərzurum təmsilçisinə icarəyə verdiyi Azərbaycan millisinin üzvü Nəriman Axundzadə qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və matçı da ehtiyatda başa vurub.
Bu nəticədən sonra “Ərzurumspor” 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.