
Misli Premyer Liqasının 6-cı turu başa çatıb. Rəqiblərindən 1 matç az keçirən "Sabah" 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Bayquşlar" son oyunda evdə "İmişli"ni 1:3 məğlub edərək milli fasiləyə 3 xalla yollanıb.
"Sabah"ın sözçüsü Elnur Həmidovla əlaqə saxlayıb fasilə dönəmindəki planları barədə soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Futbolçular hazırda istirahətə buraxılıb. Yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb. Komanda məşqlərini sentyabrın 28-də bərpa edəcək".
Əlisahib İbrahimli