
İkinci Liqanın debütantı "Xankəndi"ndə baş məşqçi dəyişikliyi gözlənilir. Mövsümün startındakı nəticələr Qarabağ təmsilçisinin rəhbərliyini Zaur Hacıyevlə yolları ayırmağa vadar edir. Vakant posta namizəd kimi Röyal Nəcəfov və Kamal Quliyevin adı çəkilir.
Klubun meneceri Rəşad Orbey məsələ ilə bağlı Fanat.Az-a danışıb.
Klub rəsmisi bu barədə belə deyib:
""Doğrusu "Xankəndi" FK-da baş məşqçi dəyişikliyi barədə xəbərlər hardan ortaya çıxıb bilmirəm. Baş məşqçi Zaur Hacıyev hazırda işinin başındadır. Gələcəkdə nə olacağını demək çətindir. Konkret namizədlərlə bağlı isə məndə hər hansı məlumat yoxdur. Dediyiniz mütəxəssislərlə bağlı klubda müzakirə getməyib. Onların adlarının necə ortaya çıxması da maraqlıdır. Mətbuat ehtimallar səsləndirir, amma klubda bu məsələ müzakirə predmeti deyil. Ümumiyyətlə klubda baş verə biləcək dəyişikliklərlə bağlı məsələləri "Xankəndi" FK-nın mətbuat xidməti rəsmi mövqeyini cəmiyyətlə bölüşür və indən belə də bu şəkildə davam edəcək".
Mirağa