
"Qalatasaray"ın sabiq hücumçusu Mauro İkardi 2099-cu ilə qədər Argentinada avtomobil idarə edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Mənbənin məlumatına görə, bu qərar onun yol hərəkəti qaydalarını pozduğunu göstərən videonun sosial mediada yayılmasından sonra verilib.
Görüntülərdə 33 yaşlı argentinalı futbolçunun avtomobillə qapalı ərazidən keçdiyi görünür. Onun yoldaşı Çina Suarez avtomobil idarə edərkən təhlükəsizlik kəmərini açır və belinə qədər pəncərədən çıxır.
Səlahiyyətli orqanlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, İkardinin həmin vaxt etibarlı sürücülük vəsiqəsi olmayıb. Məlumata görə, onun İtaliya sürücülük vəsiqəsi 2019-cu ilin may ayında Buenos-Ayresdə yenilənməli idi.
Buenos Ayres əyalətinin Nəqliyyat Nazirliyi futbolçunu kobud səhlənkarlıqda ittiham edib.
Qeyd edək ki, İkardi 4 il şərəfini qoruduğu "Qalatasaray"dan bu yay ayrılıb. İstanbul nəhəngində keçirdiyi son mövsümdə 47 matça çıxan forvard 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə “cimbom”un heyətində 134 oyun keçirən argentinalı 77 qol vurmağı bacarıb.
Mirağa