
1-ci Liqa təmsilçisi "Səbail"in milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dönəmi üçün hazırlıq planı müəyyənləşib.
Bu barədə klubun mətbuat sözçüsü Rəşad Məmmədov Fanat.Az-a məlumat verib:
"Komanda hazırlığa başlayıb. Məşqlər Bakı Olimpiya Stadionunda keçirilir. Fasilə dövründə 1 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Görüş oktyabrın 1-i və ya 2-də təşkil olunacaq. Gün hələ tam bəlli deyil. Amma rəqibin "Şimal" olacağı dəqiqdir".
Qeyd edək ki, "dənizçilər" ilk 3 turda 7 xal qazanıblar və turnir cədvəlində 3-cü yerdədir. Açılış turunda səfərdə "Xankəndi" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Səbail" ardından evdə "Mingəçevir"ə (2:1) və son oyunda qonaq qismində "Baku Sportinq"ə (1:0) qalib gəlib. Paytaxt təmsilçisi 4-cü turda "Karvan-Yevlax"ı qəbul edəcək.
1-ci liqaya üç turda maksimum nəticə əldə edən "Şahdağ Qusar" liderlik edir.
Mirağa