
“Mançester Yunayted” 90 milyon funt borc götürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Məlumata görə, klub bu yay futbolçuların transferinə ümumilikdə 191,7 milyon funt xərclədiyini açıqlayıb.
“Mançester Yunayted” Andrey Santos, Yuri Tielemans və Karlos Balebanı heyətinə qatıb. Bu üç transfer üçün əvvəlcə açıqlanan məbləğlərin ümumi dəyəri 153 milyon funt təşkil edib. Lakin əlavə 38,7 milyon funtun hara xərcləndiyi məlum deyil.
Klubun Nyu-York Fond Birjasına təqdim etdiyi sənəddə 90 milyon funt əlavə borclanma təsdiqlənib. Beləliklə, “Mançester Yunayted”in ümumi borcu 1,15 milyard funta yüksəlib.
Bu məbləğin 578 milyon funtu əvvəlki borc, 200 milyon funtu kredit xətti üzrə öhdəlik, 375 milyon funtu isə futbolçu transferləri ilə bağlı ödənilməli vəsaitdir.
Əlisahib İbrahimli