
“Sabahın Ulduzları” Bakı Kubokunda final oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün həm U-14, həm də U-15 yaş qrupunda qaliblər müəyyənləşəcək.
"Bayıl Arena"da əvvəlcə bir yaş kiçiklərin mübarizəsində “Qarabağ” ilə “Sabah” arasında həlledici matç baş tutacaq.
Yarışın son oyununda isə U-15-lərin ən güclüsü müəyyənləşəcək ki, “Neftçi” ilə “Ulduz” münasibətlərinə aydınlıq gətirəcəklər.
Hər iki yaş qrupunun final oyunu və mükafatlandırma mərasimi "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, U-14 yaş qrupunda “Ulduz” komandası 3-cü yeri tutub. U-15-də isə “Qarabağ” bürünc medalları qazanıb.
Sabahın Ulduzları
Finallar
30 sentyabr
U-14
17.00. “Qarabağ” - “Sabah”
U-15
20.00. “Neftçi” - “Ulduz” (CBC Sport)