
“Arsenal”ın kapitanı Martin Ödeqor Norveç millisinin məşqində iştirak etməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Norveçin Portuqaliya ilə oyununda topuq nahiyəsindən zədə alıb. Ödeqor matçın sonlarında Bernardu Silvanın müdaxiləsindən sonra ağrı hiss edib və qarşılaşmanı axsayaraq başa vurub.
Futbolçu daha sonra Norveç millisinin məşqini buraxıb. Buna baxmayaraq, onun zədəsinin ciddi olmadığı bildirilir. Yığmanın məşqçi heyətindən Brede Hangeland Ödeqorun ağrılarının əvvəlki günlə müqayisədə azaldığını açıqlayıb.
Hazırda Ödeqorun Norveçin Uelsə qarşı keçirəcəyi növbəti oyunda iştirakı sual altındadır. “Arsenal” isə futbolçunun vəziyyəti ilə bağlı Norveç millisindən mütəmadi məlumat alır.
Əlisahib İbrahimli