
“Arsenal”ın hücumçusu Viktor Dyökereş yay transfer pəncərəsində klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb.
Məlumata görə, İsveçli futbolçu bildirib ki, onun üçün “Arsenal”da qalmaq məsələsi heç vaxt sual altında olmayıb. Dyökereş qeyd edib ki, Londonda qalmaqdan çox məmnundur.
"Mənim üçün qalmaq bəlli idi. Klubda özümü çox xoşbəxt hiss edirəm", - Dyökereş deyib.
28 yaşlı forvard eyni zamanda bu mövsüm az oyun vaxtı almasından narazı olduğunu etiraf edib. O, mütəmadi oynamaq və komandaya qolları ilə kömək etmək istədiyini bildirib. Dyökereş hazırda hücum xəttində Kay Havertslə rəqabət aparır.
Futbolçunun sözlərinə görə, yayda onun "Arsenal"dan ayrılacağı ilə bağlı müxtəlif xəbərlər yayılsa da, özü belə bir transferi ciddi şəkildə nəzərdən keçirməyib.
Əlisahib İbrahimli