
Portuqaliya millisində Kriştianu Ronaldu ilə baş məşqçi Jorje Jezuş arasında yaranan gərginliklə bağlı yeni məlumatlar dərc edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Ronaldu UEFA Millətlər Liqasında Norveçi 2:1 hesabı ilə yendikləri oyunda ehtiyatda qalıb. Jezuş əvvəlcə futbolçunu ikinci hissədə oyuna buraxmağı planlaşdırdığını desə də, sonradan bu qərarından vaz keçib. Ronaldu isə isinmə hərəkətləri etməsinə baxmayaraq, meydana çıxmayıb.
Portuqaliya mətbuatının məlumatına görə, bu hadisədən sonra forvard ilə baş məşqçi arasında narazılıq yaranıb. Kriştianu oyundan sonra komanda yoldaşlarının azarkeşlərlə görüşünə qoşulmayaraq birbaşa paltardəyişmə otağına yollanıb.
Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa vəziyyəti müzakirə etmək üçün Kopenhagenə gedib. Daha sonra Ronaldu ilə Jezuş arasında görüş keçirilib. Söhbətin müsbət nəticələndiyi, tərəflərin qarşıdakı oyunlara kökləndiyi bildirilib.
Qeyd edək ki, Kriştianu Norveçlə matçda meydana çıxmadığı üçün 2008-ci ildən bəri ilk dəfə millinin rəsmi oyununda iştirak etməyib.
Əlisahib İbrahimli